XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Kasilyasın ailəsində növbəti bədbəxt hadisə
İdman 18:26 / 22.05.2019

"Portu” klubunun qapıçısı İker Kasilyasın arvadı, idman jurnalisti Sara Karboneroda "xərçəng” xəstəliyi aşkar olunub. 
Bir neçə gün əvvəl, adi müayinə zamanı həkimlər onda xərçəng aşkarlayıb və dərhal əməliyyat ediblər.
"Xəstəliyi vaxtında tapa biliblər. Lakin məni qabaqda bir neçə ay müalicə və mübarizə gözləyir. Əminəm ki, hər şey sonda qaydasında olacaq. Amma onuda anlayıram ki, bu yol heç də asan olmayacaq. Məni ailəm, dostlarım və mükəmməl həkim heyyəti dəstəkləyir”, - deyə, Kabalero instaqram səhifəsində yazıb.
Qeyd edək ki, 3 həftə öncə onun əri İker Kasilyas məşq zamanı infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

32898 oxunub

InvestAZ