İdman 12:31 / 22.05.2019
Vaxtındanəvvəl istefaya göndərildiyi üçün "Çelsi"ni məhkəməyə verən Antonio Konte istəyinə çatıb. Məhkəmə italiyalı mütəxəssisin lehinə qərar çıxarıb. Beləliklə, London klubu təcrübəli çalışdırıcıya 9 milyon avro təzminat ödəyəcək. "Zadəganlar"ın qərardan apellyasiya şikayəti verməyəcəyi bildirilir.