XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Milli Olimpiya Komitəsi və “Caspiantech” QSC yeni tərəfdaşlığa imza atdılar
İdman 18:42 / 21.05.2019

Mayın 21-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və "Caspiantech” Qapalı Səhmdar Cəmiyyəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və "Caspiantech" QSC-nin baş direktoru Vüsal Məmmədov  imzalayıblar.

Müqavilə tərəflər arasında informasiya dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir. Tərəfdaşlıq əsasında Milli Olimpiya Komitəsi "Caspiantech" QSC-nin dəstəyi ilə ölkədə qarşıdan gələn Olimpiya Oyunlarında Azərbaycan Komandasının təbliği ilə məşğul olacaq. "Caspiantech" QSC isə Milli Olimpiya Komandasının "Məğrur Tərəfdaşı” qismində çıxış etmək hüququ qazanır.

İmzalanma mərasimində çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: "Caspiantech" QSC Azərbaycan komandasına xüsusi diqqətlə yanaşmağı, təşkilati işlərdə dəstək göstərməyi təqdirəlayiqdir. "Caspiantech" QSC-nin qarşıdan gələn Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan komandası ilə birgə əməkdaşlıq etməsi çox xoşdur. Əminəm ki, əməkdaşlığımız məhsuldar olacaq”.

"Caspiantech" QSC-nin baş direktoru Vüsal Məmmədov isə öz çıxışında  Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu bildirib. "Bu gün Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq əlaqələrinin yaradılması bizi çox sevindirir. Olimpiya Hərəkatının və idmanın ölkədə təbliği çox vacibdir. Biz hər zaman bu işdə MOK-a dəstək olmağa hazırıq. "Caspiantech” olaraq Milli Olimpiya komandasına öz töhfəmizi verə biləcəyimiz üçün çox şadıq”, - deyə Vüsal Məmmədov qeyd edib. 

36871 oxunub

InvestAZ