XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Məsut Özil Türkiyə prezidenti ilə iftar etdi
İdman 16:12 / 21.05.2019


Türkiyədə səfərdə olan futbol ulduzu, "Arsenal” klubunun üzvü Məsut Özil ölkə Prezidentinin dəvəti ilə Dolmabaxça sarayında gənclər üçün təşkil edilmiş iftar süfrəsində iştirak edib.
"NTV” kanalının verdiyi xəbərə görə, Məsut Özil Rəcəb Tayyib Ərdoğanın Ramazan ziyafətində sevgilisi Əminə Gülşə ilə birgə iştirak edib. Məşhur türk futbolçusu Türkiyə liderini toyuna dəvət edərək şahid olmasını xahiş edib. Özilin toy mərasimi iyunun 7-də keçiriləcək.
Xatırladaq ki, 2018-ci ilin yayında – futbol üzrə dünya çempionatından öncə Məsut Özilin Rəcəp Tayyip Ərdoğanla foto çəkdirməsi və ona öz köynəyini bağışlaması alman fanatları tərəfindən tənqidlərə məruz qalmışdı. Futbolçu isə irqçi münasibətlə üzləşdiyini əsas gətirərək Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Türkiyə lideri də bu ibrətamiz addımına görə Özilə "gözlərindən öpürəm” deyib.

33579 oxunub

InvestAZ