XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Birinci Bakı çempionatı keçiriləcək
İdman 11:32 / 12.02.2019


Fevralın 16-17-də Bakı Biznes Universitetinin idman zalında vinq çun üzrə birinci açıq Bakı çempionatı keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkil edəcəyi çempionatda uşaq və yeniyetmələr, gənclər və kişilər qüvvələrini sınayacaqlar.

Yarış Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən, iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçiriləcək. Yarışda Federasiyanın paytaxtda fəaliyyət göstərən 16 filial və klubunun üzvləri, eləcə də,federasiya ilə əməkdaşlıq edən digər klublardan 200-dək idmançı mübarizə aparacaq. İlk üç yeri tutacaq idmançılar martın sonunda keçiriləcək respublika çempionatında iştirak edəcəklər.


29977 oxunub

InvestAZ