XƏBƏR LENTİ
11 Oktyabr 2024
10 Oktyabr 2024
09 Oktyabr 2024
08 Oktyabr 2024
07 Oktyabr 2024



"Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib
İdman 15:38 / 06.06.2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib. İyunun 6-da Bakı şəhərinin Səbail rayonunda yerləşən "Ramada By Wyndham Baku” hotelində təşkil edilən konfransda AVF-nin baş katibi Elnarə Musayeva, yarışın direktoru, isveçrəli beynəlxalq mütəxəssis Roland Hofer, GİN-nin baş məsləhətçisi Ülviyyə Hacıyeva, marşrut üzrə direktor Elçin Qəhrəmanov və təhlükəsizlik üzrə menecer, AVF-nin İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov iştirak ediblər. 

E.Musayeva media nümayəndələrinə velotur haqqında ətraflı məlumat verib. O qeyd edib ki, UCI-ın 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyə, Niderland, Qazaxıstan, Almaniya, Monqolustan, Misir, Filippin, Belçika, Çin və İtaliya klubları iştirak edəcəklər. Bu ölkələrdən Qazaxıstan və Almaniya iki klubla təmsil olunacaqlar. Ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar.

Baş katib bildirib ki, velotur Bakıdan start götürməklə mərhələlər üzrə ölkəmizin bir çox regionlarını əhatə edəcək. Velosipedçilər yarışın sonuncu finişini Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçəcəklər.

E.Musayeva belə mötəbər yarışı işğaldan azad olunmuş ərazilərimizdə - Şuşada keçirməyin çox qürurverici olduğunu vurğulayıb.

R.Hofer isə Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə hazırlıq işləri aparıldığını qeyd edib.

O, bütün marşrutların beynəlxalq standartlara uyğun hazırlandığını, veloturun keçiriləcəyi yolların velosipedçilər üçün çox maraqlı olacağını bildirib. Mütəxəssis mərhələlər üzrə marşrutlar haqqında ətraflı məlumatlar verib.

Konfransda qeyd olunub ki, bütün təhlükəsizlik tədbirləri peşəkarlıqla yerinə yetirilib. Veloturun marşrutu və digər hazırlıq işləri beynəlxalq mütəxəssislər tərəfindəndəfələrlə yoxlanılıb.

Məlumat verilib ki, yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.

Sonda konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.




10283 oxunub

InvestAZ