XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Judo Club 2012”nin yetirməsi Avropa kubokunun qalibi oldu
İdman 11:24 / 20.05.2019


Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunub.
Ölkəmizə yeganə medalı medalı "Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (81 kq) qazandırıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməni əsilli rusiyalı idmançı Karegin Şahlamcyana, növbəti mərhələdə isə avstriyalı Saif-İslam İslamxanova qalib gəlib. 1/4 finalda daha bir rusiyalı cüdoçunu - rusiyalı Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Migel Alvesi məğlub edərək finala yüksəlib. Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Murad rəqibinə ipponla qalib gələrək qızıl medala layiq görülüb.
Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə yer alıb.

41367 oxunub

InvestAZ