XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Rəşad Əbdürrəhmanov: "10 medalın qazanılması onu göstərir ki, ölkəmizdə bu idman növündə inkişaf var"
İdman 12:36 / 06.06.2023

"Yarışda su idmanı növləri inkişaf etmiş Avropanın 16 ölkəsi tanınmış idmançılarla təmsil olunurdu. Beynəlxalq turnir Olimpiya Oyunlarına lisensizya xarakterli yarış olduğundan bütün ölkələr ən güclü üzgüçüləri ilə çıxış edirdilər”.

Bu sözləri Heydər Əliyyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə müsahibəsində üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib. Yarış haqqında fikirlərini bölüşən mütəxsəssis əldə olunan nəticəni yüksək qiymətləndirib.

"Bildiyiniz kimi milli komandamız artıq tam yerli idmançılardan təşkil olunub. Uzun müddətdir ki, Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Bakı Su İdman Sarayının dəstəyi ilə davamlı məşqlər edirik. Təlim-məşq toplanışlarında idmançıların daha da güclü olmaları üçün çalışırıq. Hesab edirəm ki, "Çexiya Open Cup 2023” beynəlxalq turnirində 7 idmançı ilə 10 medal qazanmaq onu göstərir ki, ölkəmizdə bu idman növündə inkişaf var. Bundan sonra da mötəbər yarışlarda bayrağımızı yüksəklərə qaldırmağa çalışacağıq”, - deyə R.Əbdürrəhmanov əlavə edib.


9189 oxunub

InvestAZ