XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



“Papa Karlo” Serə çatdı
Müsahibə 11:43 / 10.05.2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İspaniyanın "Real” və İngiltərənin "Mançester Siti” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda qeydə alınan rekordları açıqlayıb.

1:1 hesabı ilə başa çatan "Santyaqo Bernabeu” stadionundakı görüşdə məşqçilər və bəzi futbolçular diqqətçəkən statistik göstəricilərlə yadda qalıblar. Bu görüşdə Çempionlar Liqası tarixində ən çox yarımfinala çıxan iki məşqçi Pep Qvardiola (10) və Karlo Ançelotti (9) üz-üzə gəliblər. Onları Joze Mourinyo (8), Aleks Ferqyuson (7) və Lui Van Qal (5) izləyirlər.



42175 oxunub

InvestAZ