XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dünya çempionatının ikinci stadionunun açılışı olub
İdman 11:25 / 17.05.2019

Fransanın frans-press agentliyinin verdiyi məlumata görə, mayın 16-da Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının ikinci stadionunun açılışı olub.
Qətər əmiri kuboku uğrunda "Al-Duhayl” və "Al-Sadd” komandaları arasında final oyunu keçirilib. Bu görüşdə "Al-Duhayl” 4:1 hesabı ilə qalib gəlib.
Layihəsi memar Zaha Hadid tərəfindən hazırlanmış bu stadion 40 min tamaşaçı tutur. Stadionun tikintisi 575 milyon dollara başa gəlib.
Dünya birinciliyi başlanana qədər Qətərdə 8 stadion tikiləcək və ya əsaslı şəkildə yenidən qurulacaq. Artıq istifadəyə verilmiş birinci arena Dohada yerləşən və 40 min tamaşaçı tutan "Xəlifə” stadionudur.
Xatırladaq ki, Qətərdə futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Doha, Lusai, Al-Vakra, Al-Hora, Ər-Rayan, Ümm-Salal və Aş-Şamal şəhərlərində keçiriləcək.

36795 oxunub

InvestAZ