XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qılıncoynatma yarışlarının qalibləri müəyyənləşib
İdman 16:25 / 16.05.2019

Xırdalanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan VII "Zirvə” beynəlxalq Uşaq Oyunları davam edir.
"Zirvə” İdman Klubunun təşkilatçılığı ilə keçirilən yarışda qılıncoynatma idman növü üzrə qaliblər müəyyənləşib. Sablya və şpaqa üzrə keçirilən yarışda 2005-2007-ci il təvəllüdlü qılıncoynadanlar yarışıblar. Şpaqa yarışında oğlanlar arasında Orxan Həsənli, qızların mübarizəsində isə Nazilə Rəhimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sablya yarışlarında isə oğlanlardan Rəsul Əliyev, qızlardan isə Xədicə Şamilova qızıl medala layiq görülüblər.

35580 oxunub

InvestAZ