XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Əfsanəvi yürüşçüyə həsr olunan film Kann festivalında təqdim olunacaq
İdman 14:16 / 15.05.2019

Formula 1 yürüşlərinin sabiq pilotu Mixael Şumaxer haqqında sənədli film bu gün Fransada açılışı keçirilən Kann festivalında təqdim olunacaq.
Əfsanəvi yürüşçüyə həsr olunan yeni filmi Almaniyanın "B/14 Film” şirkəti lentə alıb. Filmin rejissorları Mixael Vek və Hanns-Bruno Kammertonsdur.
Ekran əsərində eksklüziv kadrlar, Şumaxerin ailəsinin üzvləri və digər pilotlarla müsahibələr nümayiş etdiriləcək. Film bu ilin sonlarında satışa çıxarılacaq.
"Şumaxerin məşhur karyerası filmə layiqdir. Biz çox şadıq ki, bu əsəri əsl peşəkarlar ərsəyə gətiriblər”, - deyə "Variety” Şumaxerin mətbuat katibi Sabina Kemin sözlərindən sitat gətirir.
Xatırladaq ki, Şumaxer 2013-cü ilin dekabrında xizək sürərkən başından aldığı zədədən sonra müalicə olunur. Həmin vaxtdan almaniyalı yürüşçü ictimaiyyət qarşısına çıxmayıb.


36754 oxunub

InvestAZ