XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Milli komandamızın yeni baş məşqçisi müəyyənləşdi
İdman 20:29 / 11.02.2019


Dünən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan milli komandasının baş məşqçi təyin olunub. Qurban Qurbanovun istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə xorvatiyalı Nikola Yurçeviç təyin edilib. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin"Zaqreb”klubunda başlayan Yurçeviç daha sonra Zaqreb"Dinamo”su, Avstriyanın"Austriya”və Xorvatiyanın"Slaven Belupo”komandalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç solaraq, Zaqreb"Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.
Tədbirdə həmçinin aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi təyinatları təsdiqlənib. Azərbaycanın U-21 komandası Milan Obradoviçə, U-19 yığması Samir Əliyevə, U-15 və U-16 komandaları isə Miloş Velebitə həvalə olunub.
Miloş Velebit eyni zamanda U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.



30166 oxunub

InvestAZ