XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Karate yarışlarının qalibləri mükafatlandırılıb
İdman 17:24 / 14.05.2019


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada keçirilən 7-ci "Zirvə" Beynəlxalq Uşaq Oyunları davam edir.
12 ölkədən 4 mindən çox atlet idmanın 27 növü üzrə mübarizəyə qoşulub. Turnirdə 30-dan çox klubu təmsil edən 400-ə yaxın karateçi qüvvəsini sınayır.
Müxtəlif çəki dərəcələrində və 5 yaş, 6-7 yaş, 8-9 yaş, 10-11 yaş və 12-13 yaş qrupları üzrə keçirilən yarışların qalib və mükafatçıları müəyyənləşib. Yarışda fərqlənənlərə medal, diplom və xüsusi hədiyyələr təqdim olunub.
"Zirvə" beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçirilən yarışlarda idmançılar ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində mübarizə aparırlar.
Mayın 28-dək davam edəcək "Zirvə” oyunlarının məqsədi ulu öndər Heydər Əliyev irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, idmanın təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, atletlərin ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.


31678 oxunub

InvestAZ