XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



"Uğur" Region Liqasının qalibidir
İdman 13:40 / 14.05.2019


AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqasının 2018/2019-cu il mövsümünə yekun vurulub. "ASCO Arena"da keçirilən final oyununda Qusarın "Sahdağ" və Sumqayıtın "Uğur" komandaları qarşılaşıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Uğur" ardıcıl ikinci dəfə Region Liqasının qalibi olub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Azərbaycan milli komandasının baş məqçisi Nikola Yurçeviç təqdim ediblər.
Vüqar Nadirov Region Liqasının 2018/2019-cu il mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.


31427 oxunub

InvestAZ