XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Üzgüçümüz 2 medala layiq görülüb
İdman 15:42 / 05.02.2019


Avropa Üzgüçülük Federasiyasının (LEN) kuboku uğrunda yarışlarının Lüksemburqda keçirilən növbəti mərhələsində Azərbaycan üzgüçüsü Maksim Şemberyev iki gümüş medal qazanıb. Avropa və Asiyanın ən güclü üzgüçülərinin yarışdığı turnirdə Maksim Şemberyev 400 metr məsafəyə qarışıq üsulla üzgüçülük yarışında 4.23 dəqiqə nəticə ilə ikinci yeri tutub. Azərbaycan idmançısı 1500 metr məsafəyə yarışda isə 15.38 dəqiqə nəticə ilə kürsünün ikinci pilləsinə qalxıb.
Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov idmançımızın yarışdakı çıxışını qənaət bəxş hesab edərək deyib: "Maksim Şemberyevin qatıldığı turnir iyulun 12-28-də Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatına hazırlıq xarakteri daşıyır. İlin ilk mötəbər yarışında Maksimin tam gücü ilə çıxış etməməsi normal haldır. Bu, bizim üzün müddətdir böyük səylə çalışmağımızın nəticəsini müəyyənləşdirmək baxımından vacib yarış idi. Maksim qarşısında qoyulan öhdəlikləri yerinə yetirir. Ümidvaram ki, o, dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcək”.

32878 oxunub

InvestAZ