XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb
İdman 15:22 / 12.05.2019

Bu gün Azərbaycan Cüdo Federasiyasında  görüş keçirilib. Azərbaycan Cüdo Federasiyası ilə Səudiyyə Ərəbistanının Cüdo Federasiyası arasında baş tutan görüşdə  qarşılıqlı əməkdaşlıq  mövzusunda müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov  çıxış edərək ölkəmizdə idmanın, xüsusən də cüdonun inkişafından, eləcə də bu idman növündə Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi  etməsindən söhbət açib. Ötən il Bakıda keçirilən cüdo üzrə dünya çempionatı və artıq bir neçə ildir respublikamızın  ev sahibliyi etdiyi "Böyük dəbilqə”  turniri haqda ətraflı məlumat verib. O, Səudiyyə  Ərəbistanının Cüdo Federasiyası ilə əməkdaşlığın əhəmiyyətli olacağına inandığını bildirib.
Səudiyyə Ərəbistanı Cüdo Federasiyasının vitse-prezidenti Nabeel Mohammed Al-Hassan Azərbaycanın dünyanın idman ölkələri arasında xüsusi yeri olduğunu bildirib. Azərbaycan cüdosunun inkişafından və cüdoçularımızın dünyanın ən güclülərindən olduğundan söhbət açan qonaq bu əməkdaşlıqdan böyük məmnunluğunu ifadə edib. O, Azərbaycanın təcrübəsindən uğurla yararlanacaqlarını söyləyib.
Ardınca Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov  çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan,  eləcə də bu sahədə gedən güclü inkişafdan bəhs edib.
 Görüşdə tərəflər dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini arzu edərək aşağıdakılar barədə razılığa gəliblər:  bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarının, turnirlərin və yoldaşlıq görüşlərinin təşkili və keçirilməsi;  tərəflərin üzvü olan idman təşkilatlarının, eləcə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılması;  məşqçilər və hakimlər üçün birgə seminarların təşkili,  müxtəlif  təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi;  müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi.
Sonra Azərbaycan Cüdo Federasiyası ilə Səudiyyə Ərəbistanının Cüdo Federasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında  memorandum  imzalanıb.

35714 oxunub

InvestAZ