XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dəri əlcək ustalarımız Sankt-Peterburqda uğurla çıxış ediblər
İdman 12:51 / 12.05.2019
 
Rusiyada kişi boksçular arasında start götürən "Sankt-Peterburq qubernatorunun kuboku” beynəlxalq turnirinə yekun vurulub.
Azərbaycan millisi 10-cu dəfə keçirilən və 15 ölkənin iştirak etdiyi ənənəvi beynəlxalq turniri 2 qızıl və 1 bürünc medalla başa vurub.
Komandamızın hesabına qızıl medalları Məsud Yusifzadə (52 kq) və Məhəmməd Abdullayev (+91 kq) yazdırıb. M. Yusifzadə finalda monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib. M.Abdullayev isə həlledici görüşdə moldovalı Aleksey Zavatinə 5:0 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçumuz Rahil Məmmədli (91 kq) isə turnirdə bürünc medala sahib olub.
Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında ikinci yeri tutub. Millimizi yalnız 3 qızıl medal qazanan Özbəkistan komandası qabaqlayıb. Rusiya boksçuları isə "üçlüy”ü qapayıb. Onlar 1 qızıl, 5 gümüş və 13 bürünc medala yiyələniblər.

33589 oxunub

InvestAZ