XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri
İdman 12:10 / 12.05.2019

Praqa şəhərində Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı və "City Building” şirkətinin sponsorluğu ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş həvəskarlar arasında beşinci ənənəvi beynəlxalq şahmat turniri keçirilib.
Turnirdə Çexiya, Slovakiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak ediblər.
Turnirin açılışında ölkəmizin Çex Respublikasındakı müvəqqəti işlər vəkili Etibar Abdullayev çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev sözügedən turnirin əsasının Çexiyada səfir kimi fəaliyyət göstərdiyi dövrdə qoyulduğunu və mütəmadi şəkildə keçirildiyini, habelə bu ənənənin artıq uzun illər davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Turnirdə hakim qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi Aleksey Şimeçek iştirak edib. Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar təqdim olunub. Turnirin sonunda qaliblər müvafiq medal və hədiyyələrlə təltif ediliblər.

34585 oxunub

InvestAZ