XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yelkənli qayıq yarışının qalibləri müəyyənləşib
İdman 11:49 / 12.05.2019

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yelkənli qayıq yarışı ("Baku Sailing Regatta-2019”) keçirilib.
Ümumilikdə, 30 yelkənçinin iştirak etdiyi reqatada idmançılar dörd sinif ("Optimist”, "Laser-standard”, "Laser-radial”, "Laser 4.7”) üzrə yarışıblar. Onlar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Xəzər”, "CMS properties" şirkətinin "Dənizçi” idman klubları, Azərbaycan Yelkənli İdman Federasiyasının üzvləridirlər.
Yarışın təşkilində məqsəd idmanın bu növünə marağı artırmaq və sağlam həyat tərzini gənclər arasında təbliğ etməkdir.
Yarış çərçivəsində Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da keçirilib.
Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdirilib. I, II və III yerlərin sahibləri mükafatlandırılıb.
Mükafatları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin müavinləri Nəzrəddin Əhmədzadə və Cəbrayıl Mahmudlu, Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov təqdim edib.
"Optimist” sinfi üzrə ümumi yarışda I, II və III yerləri müvafiq olaraq AYİF-in üzvləri Murad Hacızadə, Ayla Babayeva və Kristina Kərimova tutublar. "Optimist" sinfi üzrə qızlar arasında yarışda isə Ayla Babayeva, Kristina Kərimova və Fidan Ağazadə ilk üçlükdə təmsil olunublar. "Laser-standard” sinfi üzrə "Xəzər” idman klubunun üzvü Mixail Protasov, "Dənizçi" idman klubunun üzvü Nikita Vilayev və "Xəzər" klubunun üzvü Roman Fərruxov müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər. "Laser 4.7” sinfi üzrə I, II və III yerləri AYİF-in üzvləri İsmayıl Kərimov, Murad Allahverdi və Fəqan Məmmədzadə qazanıblar. "Laser-radial” sinfi üzrə AYİF-in üzvü Cavid Kərimov I yeri, "Xəzər” idman klubunun üzvləri Vaqif Qasımov və Rauf Abdullayev II və III yeri tutublar.
Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov qalibləri təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan bu yarış ənənə halını alacaq. Gənclərin və azyaşlıların bu idman növünə maraq göstərməsi də yelkənli qayıq yarışının əhəmiyyətini artırır.
Yelkənli qayıq yarışı ikinci ildir ki, təşkil olunur. Keçirilən reqata həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olub.


38016 oxunub

InvestAZ