XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dünya çempionatında 10 taekvondoçumuz mübarizə aparacaq
İdman 11:17 / 12.05.2019

Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandası dünya çempionatında iştirak etmək üçün mayın 11-də Böyük Britaniyanın Mançester şəhərinə yola düşüb.
Millimiz mayın 15-də start götürəcək mundiala on taekvondoçu ilə qatılacaq. Komandamız dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarında iştirak edib.
Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanov millinin heyətində Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (87 kq yuxarı), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans veriblər.
Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev rəhbərlik edirlər.
Dünya çempionatına mayın 19-da yekun vurulacaq.

39784 oxunub

InvestAZ