XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Təmsilçilərimiz İspaniyadan 7 medalla qayıdıblar
İdman 13:10 / 11.05.2019
 
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin axtarış bölməsinin inspektoru, polis baş leytenantı Vüsal Qələndərov kempo üzrə XVI dünya çempionatında və dünya kubokunda uğurla çıxış edib.
İspaniyanın Qvadalahara şəhərində keçirilən çempionatda 67 ölkədən 1300 idmançı mübarizə aparıb. Kempo yığma komandamız çempionata 7 idmançı və 2 məşqçi ilə qatılıb. Komandamızın üzvü Vüsal Qələndərov nokdaun versiyasında kişilər arasında 95 kiloqram çəki dərəcəsində ikinci yeri tutub.
İdmançılarımız ümumi hesabda üç qızıl və dörd gümüş medalla Vətənə qayıdıblar.

33442 oxunub

InvestAZ