XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Paytaxtda yeni ciu-citsu zalı istifadəyə verilib
İdman 12:50 / 11.05.2019

Mayın 11-də Bakıda Ciu-citsu mərkəzinin və "Samuray” klubunun yeni idman zalının açılışı olub.
Tədbirdə çıxış edən Dünya Ciu-citsu Federasiyasının Azərbaycandakı nümayəndəsi, Azərbaycan Ciu-citsu Federasiyasının vitse-prezidenti Əli Cəfərov ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb. Bildirib ki, bu qayğı nəticəsində Azərbaycanda digər idman növləri ilə yanaşı, ciu-citsu da sürətlə inkişaf edir. O, yeni idman zalının istifadəyə verilməsinin ölkəmizdə ciu-citsunun kütləviliyinin artırılması işinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Ciu-citsu Federasiyasının prezidenti Mirəli Seyidov deyib ki, ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər turnirlər yeniyetmə və gənclərin idmana marağının artmasında mühüm rol oynayır. Federasiya prezidenti bu baxımdan iyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmini xüsusi qeyd edib. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də inkişaf etdiyini deyən M.Seyidov bildirib ki, ciu-citsuya gənclərin marağının artması gələcəkdə daha böyük nailiyyətlərin qazanılacağını deməyə əsas verir.
Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycanın dünyada idman dövləti kimi tanındığını vurğulayıb. O, idman klublarının fəaliyyətinin və zalların istifadəyə verilməsinin ölkəmizdə gənc nəslin fiziki sağlamlığının təmin olunmasında və onların idmana marağının artmasında mühüm rol oynadığını bildirib.
Sonra ölkəmizdə ciu-citsunun təbliğində və inkişafında xidmətlərinə görə Azərbaycan Ciu-citsu Federasiyasının prezidenti Mirəli Seyidov, klubun məşqçiləri Ağababa Fətullayev və Əhməd Novruzov təltif ediliblər.

47193 oxunub

InvestAZ