XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yeddinci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nın təntənəli açılış mərasimi keçirilib
İdman 11:32 / 11.05.2019

AAAF Park Yaşayış Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci "Zirvə Beynəlxalq Uşaq Oyunları”nın təntənəli açılış mərasimi olub.
Tədbirdə Azərbaycan və dünya idmanının, həmçinin ölkə ictimaiyyətinin tanınmış simaları, Olimpiya çempionları, Avropa və dünya çempionatlarının qalib və mükafatçıları, Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, müxtəlif qurumların nümayəndələri iştirak ediblər.
İyirmi yeddi idman növündə 12 ölkədən 4 mindən çox uşaq idmançının iştirak etdiyi möhtəşəm yarışın açılış mərasimi də maraqlı və diqqətçəkən alınıb.
Tədbirdə ilk olaraq Oyunlar barədə məlumat verilib. Qeyd olunub ki, "Zirvə” beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunlar ənənə halını almaqdadır. "Zirvə Oyunları”nın keçirilməsində məqsəd Ulu Öndərin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
Həmçinin bildirilib ki, builki yarışlarda idmançılar ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-Roma), karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medallar uğrunda mübarizə aparacaqlar.
Sonra yarışa qatılan bütün idman növləri üzrə hər birindən 12 iştirakçı meydançaya dəvət olunub. Təntənəli marş sədaları altında onların hər biri öz yerlərini tutub, böyük bir idmançı qrupu formalaşıb. Yarışların xüsusi geyimində olan parad iştirakçılarının keçidi böyük alqışlarla müşayiət olunub, rəğbətlə qarşılanıb.
Zirvə Oyunlarının açılış mərasiminin ab-havasının daha da yaddaqalan edilməsi üçün bədii hissəyə keçilib.
İlk "Zirvə Oyunlar”ının iştirakçısı, hazırkı, 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının isə təşkilatçılarından olan Ceyran Heydərli də çıxış edib. O, yarışın əhəmiyyəti barədə danışaraq, ulu öndər Heydər Əliyevin idman irsinin qorunub-saxlanmasının vacibliyini qeyd edib.
Sonda "Zirvə” beynəlxalq idman klublarının prezidenti, sabiq ağırlıqqaldıran, Olimpiya Oyunlarının iştirakçısı Tofiq Heydərov yarışları rəsmən açıq elan edib.
Tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Qeyd edək ki, mayın 28-dək davam edəcək yarışlar Xırdalan və Astarada keçirilir.


36447 oxunub

InvestAZ