İdman 13:20 / 09.05.2019
Amerikanın "Imagine Dragons” rok qrupu UEFA Çempionlar Liqasının final oyununun açılış mərasimində çıxış edəcək.
Bu barədə UEFA məlumat yayıb. "Qitənin ən nüfuzlu klub turnirinin açılış mərasimində iştirak etmək bizim üçün çox qürurvericidir. Bir futbol azarkeşi kimi deyə bilərəm ki, bu, bizim üçün böyük şərəfdir. Ümidvaram ki, Madriddəböyük bir şou olacaq”, - deyə qrupun solistı Den Reynold bildirib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı iyunun 1-də"Atletiko Madrid” klubunun ev oyunlarını keçirdiyi "Metropolitano” stadionunda oynanılacaq. Həmin görüşdə iki ingilis klubu - "Liverpul” və"Tottenhem” üz-üzə gələcək.