XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



«Tottenhem» «Ayaks»ın final yolunu kəsdi
İdman 12:06 / 09.05.2019


Mayın 8-də UEFA Çempionlar Liqasının ikinci yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

Hollandiyada baş tutan görüşdə"Ayaks” İngiltərənin "Tottenhem” klubunu qəbul edib. Səfərdə 1:0 hesabı ilə"Tottenhem” klubunu məğlub edən hollandiyalılar ilk dəqiqələrdən rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 5-ci dəqiqəsində "Ayaks” hesabı açmağa nail olub. Küncdən zərbəni komandanın gənc kapitanı M.De Ligt dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Qoldan sonra müdafiədəəks hücumlara çıxmağa çalışan "Ayaks” 35-ci dəqiqədə ingilisləri yenidən meydanın mərkəzinə dəvət edib. Hakim Zireş adını tabloya yazdırıb - 2:0. Birinci hissə Amsterdam təmsilçisinin üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində"Tottenhem” tamam fərqli oyun nümayiş etdirib. Görüşün 55-ci dəqiqəsində sürətli hücum quraraq hesab arasındakı fərqi bir topa endiriblər. Lukas Maura qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb - 2:1. Dörd dəqiqə sonra Lukas Maura dublun rəsmiləşdirib - 2:2. Matçın 95-ci dəqiqəsində "Tottenhem” klubunun sonuncu hücumu qolla nəticələnib. Lukas Maura uzaq məsafədən dəqiq zərbə vurub - 2:3.

Beləliklə, "Tottenhem” finalda "Liverpul” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final görüşü iyunun 1-də Madridin "Metropolitano” stadionunda təşkil olunacaq.


31821 oxunub

InvestAZ