XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



“Mercedes” Luis Hamiltonla müqaviləni yeniləyəcək
İdman 12:14 / 23.01.2023

Formula 1 komandası "Mercedes” britaniyalı pilotu Luis Hamiltonla müqaviləni yeniləməyə hazırlaşır. Bu barədə komandanın rəhbəri Toto Volf məlumat verib. T.Volf yaxın günlərdə Formula 1 üzrə yeddiqat dünya çempionu ilə danışıqlara başlayacaqlarını söyləyib. O, yeni mövsümün startınadək yeni sözləşməyə imza atacaqlarına əminliyini bildirib.

Xatırladaq ki, ötən mövsüm L.Hamilton çempionatı altıncı pillədə başa vurub. Onun komanda yoldaşı Corc Rassell isə dördüncü yeri tutub.


25242 oxunub

InvestAZ