XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Super 8”də Azərbaycan təmsilçisi
İdman 16:16 / 10.05.2019


Azərbaycan karateçisi Ayxan Mamayev (84 kq) "Super 8” Xorvatiya kuboku beynəlxalq turnirinə dəvət alıb.

turnirdə 8 tanınmış karateçi iştirak edəcək. Xorvatiya Karate Federasiyasının təşkil etdiyi yarışda A.Mamayevlə yanaşı, Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaqlar.

Mütləq çəki dərəcəsində təşkil olunacaq turnir qrup sistemi üzrəkeçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda yarışacaqlar.

Yarış mayın 11-də Zaqrebdəkeçiriləcək.


35567 oxunub

InvestAZ