XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Velosipedçilər üçün tarixi qərar
İdman 15:29 / 11.02.2019


Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qurumun bayrağı altında keçirilən bütün növlər üzrə dünya çempionatlarını (Olimpiya və qeyri-Olimpiya növləri) hər dörd ildən bir eyni ölkədə və eyni ayda təşkil edəcək. Qərar yalnız Yay Olimpiya Oyunlarından əvvəlki ildə keçiriləcək dünya çempionatlarına şamil ediləcək. 2023-cü ildə təşkil olunacaq ilk birləşmiş dünya çempionatlarının ev sahibi Şotlandiyanın Qlazqo şəhəri olacaq.
Ötən ilin avqustunda Qlazqoda keçirilən və yüngül atletika, üzgüçülük, gimnastika, triatlon, qolf və avarçəkmə ilə yanaşı, velosiped idmanının da təmsil olunduğu birləşmiş Avropa çempionatlarının nəticələri belə bir qərarın qəbulunda həlledici rol oynayıb. Belə ki, şosse, trek, BMX və MTB (dağ velosipedi) üzrə birləşmiş qitə çempionatlarına olan tamaşaçı, teleyayım və sponsor maraqları UCI rəhbərliyini dünya çempionatları ilə bağlı tarixi qərar verməyə sövq edib.
Beynəlxalq Velosipedçilər İttifaqının bayrağı altında hər il 13 növ üzrə dünya çempionatı təşkil edilir ki, bunun da dördü (şosse, trek, BMX və MTB) Olimpiya növüdür. Bütün 13 növ üzrə birləşmiş dünya çempionatları ilə bağlı qərar Avropa çempionatlarına da şamil ediləcək. 2023-cü ildə ilk birləşmiş qitə çempionatlarını qəbul edəcək ölkənin adı yaxın aylarda müəyyənləşəcək.



30804 oxunub

InvestAZ