XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çex Bakıya gəlib, futbola əlvida deyəcək
İdman 15:33 / 10.05.2019


İngiltərənin "Arsenal" klubunun çexiyalı qapıçısı Petr Çex karyerasını mayın 29-da Bakıda bitirəcək.

o bunu futbol üzrə Avropa Liqasının yarımfinalında "Valensiya"ya (İspaniya) qarşı keçirilən cavab oyunun (4:2) nəticəsini şərh edərkən deyib.

"Mənim üçün finalda kiminləoynayacağımız önəmli deyil. Həlledici matçlara necə hazırlaşmaq barədə bilik və təcrübəm, oyun təcrübəsi sarıdan çatışmazlığımı kompensasiya etməyəkömək edəcək. Həmişə hazır olmalısan. Bu vacibdir. Dördüncü topu necəvurmağımız xoşuma gəldi. O anda düşündüm: "Biz finaldayıq".

Elə anlar olur ki, sən yaxşı oyundan sonra evə gəlirsən və düşünməyəbaşlayırsan ki, davam etməyə dəyərmi? Mən bir il daha artıq oynamaqdansa, gücümün tam tükənməyinə iki il qalmış getməyə üstünlük verirəm.

Mən "Arsenal" ilə finala çıxmağı arzu edirdim və bu da oldu.

Cəsarət və soyuqqanlılıq göstərib, finalda daha yaxşı oyun sərgiləmək lazımdır. Mən hər mərhələni sonuncu oyunum kimi keçirmişəm. Şadam ki, sonuncu oyunum final olacaq", - deyəÇex "BT Sport"a müsahibəsində bildirib.

Avropa Liqasının final oyunu mayın 29-da Bakıda keçiriləcək.


31449 oxunub

InvestAZ