XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Kokorin və Mamayevə hökm oxundu
İdman 12:28 / 10.05.2019

Rusiyanın Zenit klubunun hücumçusu Aleksandr Kokorinlə Krasnodar-ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.
Moskvanın Presnenski rayon məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə A.Kokorinin 1,6 il, P.Mamayevin isə 1, 5 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.
Davanın digər iştirakçıları - A.Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitskiyə isə 1 il 5 ay iş kəsilib. Onlar qərar qüvvəyə minənə qədər həbsdə qalacaqlar.
Qeyd edək ki, futbolçularla yanaşı, A.Kokorinin qardaşı Kirill və onların dostu A.Protasovitski ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin 1-ci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurdular.

37373 oxunub

InvestAZ