XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



MOİK I Divizionun qalib olub
İdman 11:05 / 09.05.2019


Azərbaycanın futbol üzrə birinci divizionunda yarışların sonuna bir tur qalmış "MOİK” futbol komandası çempionluğunu rəsmiləşdirib.
Ötən turda Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda "Qaradağ”la qarşılaşan hərbçilər hər hissədə bir qol vurmaqla səfərdə qələbə qazanıb. MOİK-in heyətində 9-cu dəqiqədə Bahadur Həziyev, 73-cü dəqiqədə isə Orxan Həsənov fərqləniblər.
Bununla da MOİK 18 ildən sonra yenidən zirvəyə yüksələrək Azərbaycan peşəkar futbol klublarının çıxış etdiyi Premyer Liqaya vəsiqə qazanıb. MOİK sonuncu dəfə 2000/01 mövsümündə 1-ci divizionda 1-ci yeri tutub. Bundan sonra 10 dəfə divizionda oynasa da, "hərbçilər” ən yaxşı halda 2008 və 2010-cu illərdə iki dəfə 2-ci yeri tutaraq, hər iki halda elitaya vəsiqə qazanıb.
Onu da əlavə edək ki, MOİK son dəfə yüksək liqada 2010/11 illər mövsümündə çıxış edib.

32276 oxunub

InvestAZ