XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boksçularımız Rusiyadan 10 qızıl medalla qayıdıblar
İdman 15:51 / 07.05.2019


Rusiyanın Stavropol şəhərində boks üzrə kadet, yeniyetmə, gənclər və kişilər arasında beynəlxalq turnir keçirilib.
Yarışda ölkəmizi 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və "Qızıl Əlcək” idman klubunun boksçuları təmsil ediblər. Komandamız turnirdə 10 qızıl, 2 gümüş, 11 bürünc medal qazanıb.
Kadetler arasında Ayaz Tağızadə (26 kq), Rauf Allahverdiyev (46 kq), Pərviz Aram (32 kq) çempion olublar. Yeniyetmələrin yarışında Amin Məmmədzadə (38,5 kq), Firudin Məmmədov (63 kq) və Davud İbrahimov (66 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Gənclərin mübarizəsində Ağasəlim Mustafazadə (60 kq), Türkeş Mustafayev (69 kq), kişilərin yarışında isə Pərvin Heydərov (69 kq) və Elşən Huseynov (+91 kq) çempion olublar.

33009 oxunub

InvestAZ