XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



«Aldığım mesajlara görə "çox sağ ol" deyirəm»
İdman 14:44 / 07.05.2019

Bir neçə gün öncə məşqdə infartk keçirdiyi üçün xəstəxanaya yerləşdirilən və əməliyyat olunan "Portu"nun qapıçısı İker Kasilyas evə buraxılıb. Bu barədə ispaniyalı qolkiper özü məlumat verib. 37 yaşlı oyunçu ona dəstək olanlara, klinikanın işçilərinə, xüsusilə də onu əməliyyat edən həkim Joa Karluş Nelsona təşəkkürünü bildirib:
"Hamıya minnətdaram. Çox şanslıyam ki, insanlar onlara lazım olduğumu mənə hiss etdirdilər. Belə hallarda bu, sevinc gətirir. Şadam ki, bu qədər adam xəstəxanaya gəlib. Klinikaya və həkimim Joa Karluş Nelsona təşəkkürümü bildirirəm. Həmçinin sosial şəbəkələr vasitəsilə futbolun fərqli sferalarından aldığım mesajlara görə "çox sağ ol" deyirəm".
Kasilyas bundan sonra futbol oynayıb-oynamayacağı ilə bağlı suala isə bu cür cavab verib: "Hələ ki, bir az gözləmək lazımdır. Əsas odur ki, ayaq üstdə dura və sakit danışa bilirəm. Gözlədiyinizə görə çox sağ olun. Tezliklə görüşərik".

32393 oxunub

InvestAZ