XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mourinyo “Roma”nın baş məşqçisi ola bilər
İdman 11:49 / 04.05.2019

Portuqaliyalı futbol məşqçisi Joze Mourinyu İtaliyanın "Roma” klubuna başçılıq edə bilər.
"Roma” klubunun rəhbərliyi baş məşqçi vəzifəsinə namizəd axtarır. Hazırda bu vəzifəni tutan Klaudio Ranyeri ilə müqavilənin müddəti bu mövsümün sonunda başa çatır. Qeyd edilir ki, 56 yaşlı Mourinyunun baş məşqçi vəzifəsinə təyin olunmasında Fransanın PSJ komandası da maraqlıdır.
Mourinyu 2018-ci ilin dekabr ayında "Mançester Yunayted”in baş məşqçisi vəzifəsini tərk edib. Bu komanda Mourinyunun rəhbərliyi ilə Avropa Liqasının (2017) qalibi və İngiltərə Superkubokunun (2016) sahibi olub. Mourinyu məşqçi karyerası dövründə Portuqaliyanın "Portu”, İtaliyanın "İnter”, İngiltərənin "Çelsi” və İspaniyanın "Real” komandalarına da başçılıq edib. O, iki dəfə Çempionlar Liqasının qalibi, iki dəfə Portuqaliya çempionu, üç dəfə İngiltərə çempionu, iki dəfə İtaliya çempionu və bir dəfə İspaniya çempionu olub. Onun aktivində UEFA kubokunda, Portuqaliya, İngiltərə, İtaliya və İspaniya kuboklarında və bu ölkələrin superkuboklarında qələbələr var.
2017-ci ilin əvvəlində UEFA Mourinyunun adını Avropa futboluna ən böyük töhfələr vermiş 10 ən böyük məşqçinin siyahısına daxil edib.

34525 oxunub

InvestAZ