XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Stolüstü tennis yarışlarının ilk qalibləri müəyyənləşib
İdman 19:49 / 02.05.2019


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar mayın 2-də Bakı İdman Sarayında yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb.
Turnirdə 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar iştirak edirlər. Yarışın ilk günü 2004-2007-ci il yaş qruplarında idmançılar qüvvələrini sınayıblar. Qızlar arasında ölkəmizi təmsil edən idmançılar, Arzu Aslanova yüksək nəticə göstərərək birinci yeri tutub. İkinci pillədə digər stolüstü tennisçimiz Mərziyyə Nürmətova qərarlaşıb. Üçüncü yeri isə Türkiyə təmsilçisi Alsudə Tuba Şimşək və Azərbaycan idmançısı Aylin Əsgərova qazanıblar.
Oğlanlar arasında Azərbaycanın stolüstü tennisçiləri Hüseyn Eylazov birinci, Adil Əhmədzadə ikinci yeri tutublar. Azərbaycanın digər təmsilçisi Rüstəm Hacılı və Türkiyə idmançısı Mustafa Nebhan üçüncü yerə layiq görülüblər.
Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviyanın stolüstü tennisçiləri də medallar uğrunda mübarizə aparırlar.
Yarış mayın 3-də 2008-ci il təvəllüdlü və daha azyaşlı idmançıların oyunları ilə davam edəcək.

60728 oxunub

InvestAZ