XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Ağ-qaralar” U-12 Liqasının qalibi oldu
İdman 18:16 / 02.05.2019


Binə stadionunda futbol üzrə U-12 Liqasının final oyunu keçirilib. "Qarabağ” komandası ilə qarşılaşan "Neftçi” 3:2 hesabı ilə qələbə qazanıb. Üçüncü yeri isə "Qəbələ” komandası tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev, Texniki direktor Bernhard Lippert, futbol veteranı Rüstəm Rəhimov, uşaq və gənclər liqaları üzrə yarışların təşkili şöbəsinin rəhbəri Yusif Vəliyev təqdim ediblər.
Şəmkirin "Qala” komandasının hücumçusu Nihad Kazımov (40 qol) liqanın bombardiri olub. Liqanın ən yaxşı oyunçusu "Qarabağ” komandasında çıxış edən Şahin İbrahimov, ən yaxşı qapıçısı Eldar Babayev ("Neftçi”) seçiliblər. "Fair play” mükafatına isə "Qarabağ”ın üzvü Əli Qazıbəyov layiq görülüb. Final oyununu idarə edən hakimlərə diplomlar təqdim edilib.
Liqanı üçüncü pillədə başa vurmuş "Qəbələ”, ikinci yeri tutmuş "Qarabağ” və turnirin qalibi "Neftçi” müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif ediliblər.
Sonda "Neftçi” komandasına kubok təqdim olunub.

35241 oxunub

InvestAZ