XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UEFA Çempionlar Liqasının yarımfinal həyəcanı
İdman 15:42 / 30.04.2019

Bu gün UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinə start verilir.
Mərhələnin ilk oyun günündə İngiltərə və Hollandiya komandaları qarşılaşacaqlar. "Tottenhem Hotspur” stadionunda keçiriləcək görüşdə "Tottenhem” doğma azarkeşlər önündə "Ayaks” komandasını qəbul edəcək.
Londonlular dörddəbir finalda İngiltərənin digər təmsilçisi "Mançester Siti”ni, "Ayaks” isə İtaliyanın "Yuventus” kollektivini mübarizədən kənarlaşdırıb.
Meydan sahiblərinin heyətində Serj Orye, Mussa Sissoko və əsas qol silahı sayılan Harri Keyn zədə səbəbindən meydana çıxmayacaqlar. Həmçinin baş məşqçi Maurissio Paçettino Son Xın Mın, Harri Vinks və Erik Lamelanın da xidmətindən yararlana bilməyəcək.
Amsterdamlılarda isə üç futbolçunun oynamayacağı dəqiqdir. Karel Eytinq, Hassan Bande və Vatslav Çerni zədəlidir. Nussair Mazrauinin isə matçda iştirakı sual altındadır.
Mərhələnin digər oyunu isə mayın 1-də İspaniyada təşkil olunacaq. "Barselona” öz meydanında İngiltərənin "Liverpul” klubunu qəbul edəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

35641 oxunub

InvestAZ