SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub

Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub

İdman

Bugün, 14:46

Yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisi Gürcüstanda təşkil olunan beynəlxalq yarışda çempion olub.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan 10 komandanın iştirak etdiyi turnirdə böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşfiq Məmmədovun rəhbərlik etdiyi heyətdə Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kq) və Məhəmməd Orucov (110 kq) yer alıb.

Yarış çərçivəsində ümumilikdə 5 görüş keçirən Azərbaycan yığması bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komanda ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, eləcə də Gürcüstanın Batumi şəhərlərinin təmsilçilərini, yarımfinalda isə təşkilatçı ölkənin yığmasını məğlub edib.

Finalda Acarıstan komandası ilə görüş gərgin mübarizə şəraitində keçib. Qarşılaşmada ümumi hesab 5:5 olsa da, təmiz qələbələrin sayında üstün olan Azərbaycan millisi çempionluq kubokuna sahib çıxıb.

Bu turnir yeniyetmə güləşçilərin beynəlxalq təcrübəsinin artırılması və qarşıdakı rəsmi yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Dİgər xəbərlər