SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Turan" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxır

\"Turan\" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxır

İdman

Bugün, 10:25

Bu gün qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq. 

Olimpiyadunyasi.com xəbər verir ki, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv Xorvatiya təmsilçisi "Mladost"un qonağı olacaq.

Qarşılaşma Zaqreb şəhərində, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın "Maritza" komandası ilə qarşılaşacaq. 

Dİgər xəbərlər