SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır

İdman

Bugün, 10:01

Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində tatamiyə çıxacaq.

Olimpiyadunyasi.com xəbər verir ki, qadınların -48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 finaldan başlayacaq və Çili cüdoçusu Mari Di Varqas Ley ilə üz-üzə gələcək.

Kişilərin -60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) görüşünün qalibi ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində Əhməd Yusifovun rəqibi isə Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi olacaq.

Təsnifat mərhələsinin görüşləri saat 11:30-dan etibarən, final bloku isə saat 18:00-dan başlayacaq. 

Dİgər xəbərlər