SON XƏBƏRLƏR
-
07.08.2026, 14:40
İdmanQızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
07.08.2026, 13:38
İdmanCüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
-
07.08.2026, 13:18
İdman"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
-
07.08.2026, 12:51
İdmanLui van Qal xərçəngə qalib gəldi
-
07.08.2026, 12:24
İdmanBədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
07.08.2026, 11:13
İdmanAzərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
-
07.08.2026, 10:40
İdman"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
-
07.08.2026, 10:28
GündəmPaytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
-
06.08.2026, 23:14
İdman"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
-
06.08.2026, 15:42
İdman"Kürü keçək?! 5" yarışında iştirakçı sayı rekord həddə çatıb
-
06.08.2026, 15:25
İdman"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
-
06.08.2026, 12:57
MOK"More Than Medals World" layihəsinə start verilib
-
06.08.2026, 12:48
İdmanOlimpiya çempionunun atası vəfat edib
-
06.08.2026, 12:27
İdman"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
-
06.08.2026, 10:18
İdmanCüdoçularımız dünya çempionatında iştirak edəcəklər
-
05.08.2026, 23:29
İdman"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
-
05.08.2026, 22:26
GündəmFIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
-
04.08.2026, 15:17
İdmanQusarda güləşin dostluq körpüsü
-
03.08.2026, 22:10
İdmanÇimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
-
03.08.2026, 20:03
İdmanOlimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
-
03.08.2026, 18:45
İdmanYardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
-
03.08.2026, 17:27
İdmanQadın velosipedçimiz Çində qələbə qazanıb
-
03.08.2026, 17:06
İdman"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
-
03.08.2026, 17:02
İdmanKonfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
-
03.08.2026, 16:48
İdmanFərid Qayıbov ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
-
03.08.2026, 16:46
İdmanQusarda Respublika Şahmat Olimpiadasına start verilib
-
03.08.2026, 14:56
İdmanCüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
-
03.08.2026, 14:35
İdman"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
-
03.08.2026, 13:40
İdmanYeniyetmə boksçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb
-
02.08.2026, 23:49
MOK"Qarabağ"ın futbolçusu iki ay yaşıl meydanlardan kənarda qalacaq
-
02.08.2026, 19:09
GündəmDünya çempionatı: Güləşçimiz gümüş medal qazandı
-
02.08.2026, 17:28
İdmanRonaldo və Corcina evlənməyə hazırlaşır
-
02.08.2026, 17:02
İdmanHəvəskar velosipedçilər arasında Federasiya Kuboku keçirilib
-
02.08.2026, 16:58
İdmanU-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
Qusarda güləşin dostluq körpüsü
İdman
04.08.2026, 15:17
İyulun 27-dən avqustun 4-dək Qusar Olimpiya İdman Kompleksində AİJA-nın təşkilatçılığı ilə sərbəst güləş üzrə II beynəlxalq güləş düşərgəsi keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan düşərgə yalnız idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə deyil, müxtəlif ölkələrin gənc güləşçiləri arasında təcrübə mübadiləsinin aparılmasına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə də xidmət edib. Təlim-məşq toplanışında Azərbaycanın müxtəlif bölgələrini təmsil edən yeniyetmə və gənc güləşçilərlə yanaşı, ABŞ, Özbəkistan və Avstriyadan olan 60 nəfərədək idmançı və məşqçi heyəti iştirak edib. Müxtəlif güləş məktəblərinin nümayəndələrinin eyni məkanda bir araya gəlməsi məşq prosesinə xüsusi rəng qatıb. Hər bir iştirakçı həm öz bacarıqlarını nümayiş etdirmək, həm də digər ölkələrin hazırlıq metodlarından faydalanmaq imkanı qazanıb. Düşərgənin əsas məqsədi beynəlxalq təcrübə mübadiləsini genişləndirmək, gənc güləşçilərin fiziki və texniki hazırlığını təkmilləşdirmək, eləcə də Azərbaycanla xarici ölkələr arasında idman və dostluq əlaqələrini daha da inkişaf etdirməkdən ibarət olub. Bu baxımdan Qusarda keçirilən toplanışın əhəmiyyəti təkcə məşq prosesi ilə məhdudlaşmayıb. Gənc idmançılar xalça üzərində rəqib, məşqdən kənarda isə dost kimi ünsiyyət quraraq bir-birlərinin mədəniyyətini və dünyagörüşünü daha yaxından tanımaq imkanı əldə ediblər. İştirakçılar gün ərzində üç dəfə məşq edərək qarşıdakı yarışlara hazırlıq səviyyələrini artırıblar. Gərgin məşq proqramı ilə yanaşı, istirahət günlərində müxtəlif əyləncəli tədbirlər də təşkil olunub. Bu fəaliyyətlər idmançıların asudə vaxtlarını səmərəli keçirməsinə, kollektiv daxilində ünsiyyətin və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə şərait yaradıb. Düşərgənin diqqətçəkən məqamlarından biri Azərbaycan və ABŞ güləşçiləri arasında forma hədiyyələrinin təqdim olunması olub. İdman formalarının qarşılıqlı hədiyyə edilməsi dostluq və həmrəyliyin rəmzinə çevrilib. Hazırlıq prosesinin sonunda isə Amerika və Azərbaycan güləşçiləri arasında dostluq görüşü keçirilib. Qeyd edək ki, tədbirin təşkilində AİJA-nın vitse-prezidenti Ramin Allahverdiyev, sərbəst güləş üzrə beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Xəyal Əliyev və Əməkdar məşqçi Ağadədə Allahverdiyev koordinator kimi fəaliyyət göstəriblər.
Xəyal Əliyev beynəlxalq təlim-məşq düşərgəsinin ideyasının reallaşdırılması, məşq prosesinin səmərəli təşkili, xarici nümayəndə heyətləri ilə işin əlaqələndirilməsi və iştirakçıların hazırlıq proqramının koordinasiyasında fəal rol oynayıb. Onun təşkilatçılığı sayəsində düşərgə yüksək peşəkarlıq səviyyəsində həyata keçirilib və iştirakçılar üçün məhsuldar hazırlıq mühiti yaradılıb.