SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Bu gün DÇ-2026-da II turun oyunlarına start veriləcək

Bu gün DÇ-2026-da II turun oyunlarına start veriləcək

İdman

Bugün, 16:50

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında II tura start verilir.

Olimpiyadunyasi.com xəbər verir ki, A qrupunda Çexiya yığması Cənubi Afrika Respublikası komandası ilə qarşılaşacaq.  Atlanta stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Qrupun digər oyununda isə Meksika millisi isə Cənubi Koreya millisi il üz-üzə gələcək. Bakı vaxtı ilə saat 05:00-da başlayacaq oyun  Qvadalxara stadionunda keçiriləcək. 

B qrupunda İsveçrə millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq. Los-Anceles stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Qrupun digər oyununda isə Kanada komandası Vankuverdəki "BC Place" stadionunda Qətər yığması ilə üz-üzə gələcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 02:00-da səslənəcək. 

Dİgər xəbərlər