SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Tunis Qran-prisində gümüş medal

Tunis Qran-prisində gümüş medal

İdman

Bugün, 10:55

Azərbaycanın paralimpiya çempionu Oloxan Musayev Tunisdə təşkil olunan Qran-pridə gümüş medal qazanıb.

Olimpiyadunyasi.com Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, nüvəitələmə yarışında F55 kateqoriyasında çıxış edən paralimpiyaçı 11.64 metr nəticə göstərib.

Daha əvvəl komandanın digər üzvü Rüfət Rəfiyev F36 kateqoriyasında gümüş medala sahib olub.

Qeyd edək ki, iyunun 19-da başa çatacaq yarışda Azərbaycanı nüvəitələmə növündə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov nüvəitələmə ilə yanaşı, diskatma yarışında da qüvvələrini sınayacaqlar.

Milliyə baş məşqçi Oleq Panyutin rəhbərlik edir.

Dİgər xəbərlər