SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Bu gün "Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək

Bu gün \"Sabah\"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək 

İdman

Bugün, 09:20

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

Olimpiyadunyasi.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçisi "Sabah" klubunun da rəqibi müəyyənləşəcək. Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləridir. 

Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də təşkil olunacaq. 

Dİgər xəbərlər