SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Sadıq Sadıqov vəfat edib

Sadıq Sadıqov vəfat edib

İdman

05.06.2026, 22:59

"Neftçi" klubunun keçmiş prezidenti, "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" Sadıq Sadıqov vəfat edib.
Olimpiyadunyasi.com xəbər verir ki, 60 yaşlı mütəxəssis ürək tutmasından dünyasını dəyişib. 
"Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov  bir müddət Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb. 
Sadıq Sadıqov idmandakı xidmətlərinə görə 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009-2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.
Sadıq Sadıqov son olaraq “Neftçi” İdman Klubunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin!

Dİgər xəbərlər