XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə fərqləndilər
İdman 11:54 / 22.09.2022

Stolüstü tennisçimiz Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Wtt Youth Contender Tbilisi” turnirində mükafata layiq görülüb. 15 yaşadək tennisçilərin turnirində yarışan idmançı yarımfinaladək inamla irəliləsə də, finala çıxış uğrunda görüşdə uduzaraq 3-cü yeri tutub.

Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov səkkizdəbir finalda mübarizəni dayandırıblar.

On bir yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə də yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn tennisçi dörddəbir final səddini adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları iştirak ediblər.


24452 oxunub

InvestAZ