XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Neftçi”də yeni baş məşqçi
İdman 12:00 / 22.06.2022
Bakının "Neftçi” futbol klubunun Müşahidə Şurasının onlayn şəkildə keçirilmiş iclasında əsas komandaya baş məşqçinin təyin olunması ilə bağlı müzakirələr aparılıb. İclasda qərara alınıb ki, bu vəzifəyə Laurentsiu Regekampf təyin edilsin.
Rumıniyalı mütəxəssislə ikiillik müqavilə bağlanıb.
Məlumat üçün bildirək ki, L.Regekampf 2009-cu ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. Rumıniyanın "Snaqov”, "Krayova”, "Qloriya”, "Konkordiya”, "Styaua”, "Universitatya Krayova”, Səudiyyə Ərəbistanının "Əl Hilal”, "Əl Əhli”, Bolqarıstanın "Liteks, Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vəhdə” və "Əl Vəsl” klublarını çalışdırıb.
Baş məşqçi kimi "Styaua” ilə Rumıniya çempionatının, Superkubokunun və Liqa Kubokunun qalibi olub. 2012/2013-cü il mövsümündə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinədək irəliləməyi bacarıb. 1/16 finalda "Ayaks”ı mübarizədən kənarlaşdıran Regekampfın komandası növbəti mərhələdə gələcək çempion "Çelsi”yə uduzaraq mübarizəni dayandırıb. "Styaua”nı UEFA Çempionlar Liqasının qrup mərhələsinə daşıyan 46 yaşlı mütəxəssis "Əl Hilal”la 2014-cü ildə Asiya Çempionlar Liqasının finalına yüksəlib, 2015-ci ildə isə Səudiyyə Ərəbistanının Şahzadə Kubokunda 2-ci yeri tutub. O, "Əl Vəhdə” klubu ilə BƏƏ Super Kubokunun və Liqa Kubokunun qalibi olub, BƏƏ çempionatında 2-ci yeri tutub (2018).
Laurentsiu Regekampf "Sporturilor” qəzetinin keçirdiyi sorğuya görə 2013-cü ildə Rumıniyada ilin baş məşqçisi seçilib.

18903 oxunub

InvestAZ