XƏBƏR LENTİ
29 Dekabr 2025
27 Dekabr 2025
26 Dekabr 2025
25 Dekabr 2025



WADA-nın qadağan etdiyi maddələrin siyahısı gələn ildən qüvvəyə minəcək
İdman 12:45 / 29.12.2025

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Siyahı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.


375 oxunub

InvestAZ