İdman 11:52 / 29.12.2025
Dekabrın 28-də Abşeron Olimpiya İdman Kompleksində cüdoçulararasında kata üzrə ölkə çempionatı və birinciliyi keçirilib.
Turnir böyüklər, gənclər və yeniyetmələr arasında təşkil olunub.Beynəlxalq Cüdo Federasiyasının kata qaydalarına və hakimlik standartlarına uyğun olaraq keçirilən yarışda yemiyetmələr arasındaSadiq Abdullayev (Tori), Rəcəb Əkbərov (Uke) birinci yerə layiq görülüb.Gənclər arasında yarışdaFamil Əsədov (Tori),Yusif Əhmədov (Uke) birinci olub.Böyüklərin mübarizəsində isəÇingiz Əhmədov (Tori),Seymur Məcidli (Uke) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.